Peyğəmbərimizin (s) Axırzaman əlamətləri haqqında bildirdikləri

Axırzaman qiyamətdən əvvəl dünyada yaşanacaq bir dövrdür. Peyğəmbərimizin (s) Axırzamanda baş verəcək hadisələrlə bağlı verdiyi bir çox xəbərlər günümüzə kimi gəlib çatıb. Bu hadisələrin hazırda yaşadığımız dövrdə bir-birinin ardınca gerçəkləşməsi Peyğəmbərimizin (s) möcüzələrindən biridir. Hz.Muhəmməd (s) özünün yaşadığı dövrdən 1400 il sonra da baş verəcək hadisələri sanki həmin dövrü görübmüş kimi müfəssəl şəkildə anladıb. Peyğəmbərimizin (s) gerçəkləşəcəyini bildirdiyi axırzaman əlamətlərindən bəziləri aşağıda xülasə edilib:

İran-İraq müharibəsi
Axırzamanda baş verəcək mühüm bir müharibə hədisdə belə xəbər verilir:
"Şəvval ayında üsyan, zilqədə ayında hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək".
Hədisdə bildirilən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsinin inkişaf mərhələləri ilə eyni tarixlərə uyğun gəlir:

Şəvval ayında üsyan...
İran şahına qarşı olan ilk üsyan məlum olduğu kimi, hədisdə bildirilən 1398-ci ildə şəvval ayının 5-də (1976-cı il sentyabrın 8-də) baş verib.

Zilqədə ayında hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək...
Hicri təqvimlə 1400-cü ilin zilhiccə ayında (1980-ci ilin oktyabrında) İran-İraq müharibəsi özünün tam mənasında başlamışdı.
Başqa bir hədisdə bu müharibənin təfərrüatları belə bildirilir:

 

"Faris tərəfindən gələcək bir qövmdür ki, belə deyəcəklər: "Ey ərəblər! Siz çox təəssübkeşlik etdiniz. Siz bunların haqqını lazım olduğu kimi tanımasanız, sizinlə heç kim birlik qurmayacaq... Bir gün onlara və bir gün də sizə verilsin və qarşılıqlı vədlərə əməl olunsun..." Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağı enəcəklər... Müşriklər o biri tərəfdəki (Rəqabə) deyilən qapqara bir çayın kənarında dayanacaqlar... Aralarında müharibə olacaq. Allah hər iki ordudan qələbəni əsirgəyəcək..."
("Kıyamet alametleri", səh. 179).

- Faris tərəfindən gələcək: İran tərəfindən gələcək
- Faris: İran, iranlı, fars
- Yazıya enəcəklər: Düzənliyə enəcəklər (İraq düzi)
- Mutık: Bölgədəki bir dağın adıdır
- Rəqabə: Neft quyularının çox olduğu bölgədir.
"Ey ərəblər! Siz çox təəssübkeşlik etdiniz. Siz bunların haqqını lazım olduğu kimi tanımasanız, sizinlə heç kim birlik qurmayacaq..."
Hədisin bu hissəsində hər iki tərəf arasında irqçilikdən qaynaqlanan bir anlaşılmazlığın olacağına diqqət çəkilə bilər. Bu anlaşılmazlıq səbəbilə "Yazı"ya (yəni İraq düzənliyinə) eniləcəyi və müharibənin başlayacağı anlaşılır.

Allah hər iki ordunu qələbədən məhrum edəcək...
Bu hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etdi və minlərlə itki verilməsinə baxmayaraq heç bir nəticə əldə olunmadı. Tərəflərin heç biri mütləq üstünlük qazana bilmədi.

Əfqanıstanın işğalı
"Taliqan (Əfqanıstan) yazıq oldu. Şübhəsiz ki, Uca Allahın orada qızıl və gümüş olmayan xəzinələri var".
Hədisdə Əfqanıstanın axırzamanda işğal ediləcəyinə işarə var. Həqiqətən də rusların Əfqanıstanı işğal etməsi ili olan 1979-cu il hicrətin 1400-cü ilinə, başqa sözlə hicri XIV əsrin əvvəllərinə uyğun gəlir.

Orada qızıl və gümüş olmayan xəzinələr var...
Hədisin bu hissəsində Əfqanıstanın maddi sərvət və zənginliklərinə diqqət çəkilib. Bu gün Əfqanıstanda müxtəlif səbəblər üzündən istismar üçün açılmamış böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri var.

Fərat çayının suyunun kəsilməsi
Fərat çayının suyunun kəsilib saxlanması da Peyğəmbərimizin (s) xəbər verdiyi axırzaman əlamətlərindəndir:
"Fərat çayının suyunun çəkilərək qızıl xəzinəsinin üstünün açılması vaxtı yaxınlaşır. Hər kim həmin vaxt orada olsa, həmin xəzinədən heç nə götürməsin".
Başqa hədislərdə də bu hadisənin incəlikləri ilə bağlı mühüm məlumatlar verilir:
Rəsulullah (s): "Fərat çayı qızıl bir dağ üzərindən açılmayana kimi qiyamət qopmayacaqdır. İnsanlar onun üçün müharibə edəcək. Və hər yüz adamdan doxsan doqquzu öldürüləcək, onlardan hər biri "kaş xilas olan mən olaydım" deyəcəkdir", - buyurub.
Rəsulullah (s) belə buyurdu: "Yaxın vaxtlarda Fərat çayı qızıl xəzinəsini açığa çıxarar, kim buna hazır olarsa, ondan heç nə götürməsin".


Göründüyü kimi, axırzamanın mühüm bir əlaməti olan Fərat çayının suyunun kəsilməsi və qızıl xəzinəsinin ortaya çıxması bir çox böyük hədis kitablarında mövcuddur.
İndi yuxarıda təqdim etdiyimiz hədislərdə qeyd olunan bu məsələ ilə bağlı mühüm ifadələri bir-bir nəzərdən keçirək:
Rəsulullah (s) buyurdu ki, (1) "Fərat çayının suyu çəkilərək (2) qızıldan bir dağ meydana çıxmayana kimi qiyamət qopmaz... ("Riyazus Salihin", 3/332).

(1) Fərat çayının suyu çəkilərək...
Suyutinin kitabında bu hədis "suyun dayandırılması" şəklində qeyd edilib. Həqiqətən də Kəban su anbarı Fərat çayının suyunun qarşısını saxlayaraq onu kəsib.

(2) "Qızıl"dan bir dağ meydana çıxmayana kimi...
Tikilən su anbarı sayəsində elektrik enerjisi istehsalı, yığılan suyun ərazidə istifadə edilməsi səbəbi ilə torpağın məhsuldarlığının artması və nəqliyyat məsələlərinin həlli kimi səbəblərə görə buradakı torpaqlar həqiqətən də "qızıl" kimi qiymətli olub.
Kəban su anbarı və Fərat çayı üzərində sonradan qurulan digər su anbarları betondan düzəldilən nəhəng dağları xatırladır. Bu su anbarlarından (hədisdəki bənzətməyə görə, dağdan) qızıl dəyərində sərvət tökülür. Dolayısı ilə bu su anbarları "qızıl bir dağ" mahiyyətini daşıyır (ən doğrusunu Allah bilir).
Peyğəmbərimizin (s) axırzamanda baş verəcək hadisələrlə bağlı xəbər verdiyi başqa məlumatlar da var. Bununla bağlı daha müfəssəl məlumatlar almaq üçün ("Hz. İsanın zühuru əlamətləri", "Axırzaman və Dəbbətül-Ərz", "Qiyamətin əlamətləri" adlı kitablarımıza müraciət edə bilərsiniz). Bu əlamətlər aşağıdakı başlıqlar altında qeyd edilib:
- Ramazan ayında Ay və Günəş tutulmaları
- Quyruqlu ulduzun doğması
- Kəbə basqını və Kəbədə qan tökülməsi
- Şərq tərəfdən bir alovun görünməsi
- Günəşdən bir əlamətin ortaya çıxması
- Qətliamların və kütləvi qətillərin geniş yayılması
- Şam və Misir məliklərinin öldürülməsi
- Misirlilərin əsir götürülməsi
- Şəhərlərin yox olması
- Xaraba qalmış yerlərin abadlaşdırılması
- Dördüncü sülh və ərəb - İsrail sülhü
- İraqlıların mal-mülkünün qalmaması
- Bağdadın alovlarla yox edilməsi
- İraqa və Şama embarqo qoyulması
- İraqın yenidən qurulması
- Şamda (Dəməşqdə) fitnələr
- Şam, İraq və Ərəbistanda qarışıqlıqlar
- Müsəlmanlarla yəhudilərin döyüşməsi
- Günahsız uşaqların öldürülməsi
- Fitnələrin çoxalması
- Haramların halal sayılması
- Allahın açıq-aşkar inkar edilməsi
- Zəlzələlərin çoxalması
- Əxlaqi tənəzzül
- Yayılan xəstəliklər
- Səhraların yaşıllaşdırılması
- Saxta Məsihlərin ortaya çıxması


Yuxarıda yalnız bəzilərini maddələr halında qeyd etdiyimiz və Peyğəmbərimizin (s) bütün bu hədislərdə göstərdiyi əlamətlər özünü 1400 il içində müxtəlif dövrlərdə və dünyanın fərqli bölgələrində ayrı-ayrılıqda da göstərə bilər. Lakin hicri 1400-cü ildən etibarən onların hamısı eyni dövrdə, bir-birinin ardınca baş verib. Bu da Peyğəmbərimizin (s) başqa bir hədisindəki xəbərin gerçəkləşməsi deməkdir:
"Qiyamətin əlamətləri bir-birinin ardınca meydana gəlir. Bir ipdəki muncuqların ardıcıllıqla qopması kimi..."

Geri