Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimiz (s)  səhabələrin şəhid olacaqlarını xəbər vermişdir

Peyğəmbərimiz (s) Allahın bir möcüzəsi olaraq, özünün vəfatı kimi, səhabələrin öləcəyini də xeyli əvvəl xəbər vermişdir. Bu hədislərdə bir çox səhabənin ölümləri ilə bağlı məlumatlar bildirilir. Bəzi səhabələrə şəhid olacaqları, və harada öləcəkləri də xəbər verilmişdi. Peyğəmbərimizin (s) bu qeyb xəbərlərinin onun söylədiyi şəkildə də gerçəkləşməsinə şahid olan möminlər üçün bu, çox böyük müjdə olmuşdur. Bu hədislərin hər biri Allahın seçib aləmlərə üstün etdiyi Peyğəmbərimizə (s) Rəbbimizin nəsib etdiyi möcüzədir.

Peyğəmbərimiz (s) hz.Ömərin şəhid olacağını xəbər vermişdir
Əbu Yalə səhih bir sənədlə Səhl ibn Səddən bunları nəql etmişdir:
"Üstündə Allah Rəsulu (s), Əbu Bəkir, Ömər və Osmanın olduğu Uhud dağı tərpəndi və Rəsulullah (s) belə buyurdu:
Tərpənmə, sabit və sakit ol, ey Uhud! Üstündə bir peyğəmbər, bir Sıddıq və iki şəhid var!"
Təbərani İbni Ömərdən (r.ə.) bunları rəvayət etmişdir:
Allah Rəsulu (s) bir bağçada idi. Əbu Bəkir ora girmək üçün icazə istəyəndə belə buyurdu: "Ona icazə verin, onu cənnətlə müjdələyin!" Sonra Ömər icazə istədi. Bundan sonra belə buyurdu: "Ona da icazə verin, onu cənnətlə və şəhidliklə müjdələyin!" Sonra Osman icazə istədi. Rəsulullah (s) belə buyurdu: "Ona icazə verin. Həm cənnətlə, həm də şəhidliklə müjdələyin".

Peyğəmbərimiz (s) hz.Osmanın şəhid olacağını xəbər vermişdir
Əbu Yalə möminlərin anası Həfsadan nəql edərək belə demişdir:
"Allah Rəsulu (s) Osmana xəbər göndərib onu yanına çağırtdırdı. Və ona belə buyurdu:
"Öldürülüb şəhid olacaqsan! Səbir et, Allah sənə səbir versin.
Allahın sənə on il altı ay geyindirəcəyi -xəlifəlik- köynəyini qətiyyən çıxarma!" Dönüb gedərkən Allah Rəsulu (s) arxasınca belə buyurdu: "Allah sənə səbir versin. Oruclu olduğun halda şəhid edilib öləcəksən. Orucunu mənimlə açacaqsan".
Təbərani "əl-Əvsat" əsərində və Beyhaqi Zeyd ibn Ərkamdan nəql edərək belə deyiblər:
"Allah Rəsulu (s) məni göndərərkən belə buyurdu:
"İndi Əbu Bəkirin yanına get, onu evində paltarını geyinmiş bir vəziyyətdə görəcəksən. Onu cənnətlə müjdələ! Sonra Ömərin yanına get. Onu da Səniyyə təpəsində, bir uzunqulağa minmiş halda görəcəksən. Onu da cənnətlə müjdələ! Sonra Osmanın yanına get! Onu da bazarda alış-veriş edərkən tapacaqsan. Onu çətin bir imtahandan keçəndən sonra cənnət qazanacağı ilə müjdələ!" Gedib hər üçünü Allah Rəsulunun (s) buyurduğu şəkildə tapdım.
Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim:
"Yanımda mələklərdən biri olarkən Osman yanıma gəlmişdi. Mələk belə dedi:
"Budur, xalqının öldürəcəyi bir şəhid. Ondan hətta biz də həya edirik".

Peyğəmbərimiz (s) hz.Əlinin şəhid olacağını xəbər vermişdir
Hakim "səhihdir" deyərək hz.Əlinin bunları nəql etdiyini bildirmişdir:
Allah Rəsulu (s) Əliyə yanaqlarını göstərərək belə buyurdu:
"Buradan və buradan zərbə alacaqsan. Qanın saqqalını bulayana kimi axacaq".
Rəsulullah (s) Əliyə belə buyurdu: "İnsanların ən pisi -başını göstərərək- buradan vuracaq, -saqqalını göstərərək- bu da qana bulanacaq".
Peyğəmbərlə (s) Əlinin yanına girdik. Xəstə idi. Əbu Bəkir və Ömər də orada idi. Biri yanındakına belə dedi: "Deyəsən, öləcək".
Allah Rəsulu (s) də belə buyurdu: "O, qətiyyən öz əcəli ilə ölməyəcək. Öldürüləcək və içi qəzəblə dolmayana kimi də öldürülməyəcək".

Peyğəmbərimiz (s) hz.Hüseynin şəhid olacağını xəbər vermişdir
Allah Rəsulu (s) bir gün yatırdı. Əlində bir ovuc qırmızı rəngdə torpaq var idi.
"Ey Allahın Rəsulu, bu torpaq nədir?" - deyə soruşdum.
Buyurdu ki, "Cəbrail -Hüseyni nəzərdə tutaraq- onun İraq torpaqlarında öldürüləcəyini söylədi. Bu torpaq həmin yerin torpağıdır".108
"Hüseyni nəzərdə tutaraq- bu oğlum Kərbəla adlandırılan yerdə öldürüləcək. Onu orada görən ona kömək etsin!" Bundan sonra Ənəs ibn əl-Haris Kərbəlaya getdi. Hüseynlə birlikdə həmin yerdə öldürüldü.
Peyğəmbərimizin (s) hz.Ömər, hz.Osman, hz.Əli və hz.Hüseynin şəhid olacaqları ilə bağlı dedikləri həyata keçib. Peyğəmbərimizdən (s) sonra İslam dininin yayılmasında öz üzərinə çox böyük bir məsuliyyət götürən bu səmimi müsəlmanlar şəhid olublar. Bu mübarək müsəlmanların şəhadəti ilə Peyğəmbərimizin (s) verdiyi qeyb xəbərlərinin bir hissəsi də gerçəkləşib. Bunların hər biri Allahın Öz mübarək elçisi hz.Muhəmmədə (s) nəsib etdiyi bir möcüzəsidir.

Geri