Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s) duasını qazanıb cavan qalan səhabələr

Quranın "Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o, sizi çox istəyir, möminlərə şəfqətlidir, mərhəmətlidir!" ("Tövbə" surəsi, 128) ayəsində də bildirildiyi kimi, Peyğəmbərimiz (s) möminləri çox istəyirdi. Hədislərdə də Peyğəmbərimizin (s) möminlərin sağlamlığı, əmin-amanlığı, imanları ilə bağlı xeyli tövsiyələr etdiyi, onlara şəfqət və mərhəmətlə yaxınlaşdığı bildirilir. Peyğəmbərimiz (s) möminlərə olan bu sevgisinin və şəfqətinin nəticələrindən biri kimi səhabələri üçün bir çox məsələlərdə Allaha dua edib. Allah Peyğəmbərimizin (s) möminlər üçün etdiyi dualarla bağlı Quranda belə buyurur:


"...Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir" ("Tövbə" surəsi, 103).


Ayədə də bildirildiyi kimi, Peyğəmbərimizin (s) duası möminlər üçün bir rahatlığa və arxayınçılığa səbəb olmaqdadır. Həmçinin hədislərdə də Peyğəmbərimizin (s) səhabələrin uzun bir ömür yaşamaları üçün dua etdiyi və bu duaların qəbul edildiyi xəbər verilir. Hədislərdə Peyğəmbərimizin (s) dualarından uzun müddət sonra çox sağlam şəkildə yaşayan bir çox səhabənin adı qeyd edilir. Bu hədislərdən biri belədir:


İbni Əbi Şeybə "Müsnəd"ində, Əbu Nuaym və İbni Əsakir Əmr b. əl-Hamikdən nəql edərək belə deyib:
O, Allah Rəsuluna (s) süd içirtdi.
Rəsulullah (s) ona belə dua etdi:
"Allahım, onu cavanlıqdan faydalandır!"


Digər mənbələrdə isə Peyğəmbərimizin (s) duasının bəzi səhabələrin gəncliyinə necə səbəb olduğu belə bildirilir:
Peyğəmbərimizin (s) ömürlərinin uzadılması üçün dua etdiyi səhabələrin yüz il yaşadıqları da bildirilir.
Hz.Peyğəmbər (s) başqa bir səhabənin başını sığallayaraq: "Allahım, bunu gözəlləşdir və gözəlliyini davamlı et!" deyə dua edib və həmin səhabənin üzü ölənə kimi çox gənc və gözəl qalıb.

Geri