Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s) verdiyi başqa qeyb xəbərləri

Misirin fəth edilməsi
"Siz Misiri fəth edəcəksiniz. Ora (pula) "kirat" deyilən yerdir. Həmin yerin xalqına xeyir tövsiyə edin. Onların bir zimmilik, bir də rəhim haqqı var".


Peyğəmbərimiz (s) bu hədislərində Misirin fəth ediləcəyini müjdələyir. Allah Rəsulu (s) bu müjdəni verəndə Misir romalıların hakimiyyəti altında idi. Heç müsəlmanların da çox böyük gücləri yox idi. Ancaq Peyğəmbərimizin (s) bu sözləri öz təsdiqini tapdı. Onun vəfatından bir müddət sonra, Hz.Ömərin (r.a.) xəlifəliyi dövründə, 641-ci ildə Amr ibn Asın rəhbərliyi altında hərəkət edən müsəlman ordusu Misiri fəth etdi. Bu hadisə Peyğəmbərimizin (s) söylədiyi və deyildiyi şəkildə də baş verən qeyb xəbərlərindən biridir.

Roma və İran torpaqlarının fəthi
"Kisranın ölümündən sonra başqa Kisra olmayacaq. Qeysər də öləndən sonra başqa Qeysər yoxdur. Nəfsim əlində olan Allaha and olsun ki, siz hər ikisinin də xəzinələrini Allah yolunda xərcləyəcəksiniz".
Hədisdə qeyd edilən "kisra" sözü keçmişdə İran hökmdarları üçün işlədilən bir isimdir. Qeysər sifətindən isə Roma imperatorları üçün istifadə edilirdi. Peyğəmbərimiz (s) hədislərində hər iki hökmdarın malik olduğu xəzinənin müsəlmanlara qalacağını müjdələyib.
Burada diqqəti cəlb etməli olan məsələ Peyğəmbərimizin (s) bu xəbəri müjdələdiyi dövrdə müsəlmanların hərbi, iqtisadi və siyasi cəhətdən bu cür böyük bir fəthi həyata keçirməyə hələ güclərinin olmaması idi. Həm də bu dövrdə İran və Bizans imperatorluqları da ən güclü dövlətlər idi. Buna görə Peyğəmbərimiz (s) bu iki fəthi xəbər verəndə siyasi və hərbi imkanlar buna uyğun səviyyədə deyildi. Ancaq Peyğəmbərimizin (s) xəbər verdiyi bu hadisələr deyilən şəkildə və tam dəqiqliyi ilə baş verdi. Hz.Ömərin dövründə İran fəth edildi və bu fəthlə də Kisraların səltənəti tarix səhnəsindən silindi.


Qeysərin ölümü və onun xəzinələrinin müsəlmanlara qalması isə müsəlmanların Rəşidi xəlifələr dövründə Roma imperatorluğuna məxsus strateji mərkəzləri fəth etmələri ilə başlayıb. Hz.Əbu Bəkirin dövründən başlayaraq Qeysərin hakimiyyəti altında olan Iordaniya, Fələstin, Şam, Qüds, Suriya, Misir kimi mühüm mərkəzlərin hər biri fəth edilmişdi. İstanbulun 1453-cü ildə Osmanlı hökmdarı Fateh Sultan Mehmet tərəfindən fəth edilməsi və Roma imperatorluğunun dağılması ilə birlikdə Qeysər adı da tarixə qovuşdı. Beləliklə, Peyğəmbərimizin (s) dövründə siyasi və iqtisadi cəhətdən imkan xaricində görünən bu mühüm fəthlər Allahın Hz.Muhəmmədə (s) bəxş etdiyi bir möcüzə olaraq baş vermişdir.

Geri