Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Quran bütün insanlar üçün bir nəsihətdir

Qurani-Kərim Allahın bütün aləmlərə bir nəsihət kimi göndərd6yi və hökmü qiyamətə qədər etibarlı olacaq axırıncı haqq kitabdır. Quranın hökmləri göndərildiyi gündən etibarən bütün dövrlər və bütün insanlar üçün etibarlıdır və bu hökmlərin təsiri, gücü və etibarı qiyamətədək davam edəcəkdir. Quran insanlara bir nəsihət olaraq verilən, sonsuz həyatları üçün onlara xəbərdarlıq edildiyi və yenə onlara doğru yolun göstərildiyi bir zikrdir.

 

Allahın Quranda "Şübhəsiz ki, Quran sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz mütləq sorğu-sual olunacaqsınız!" ("Zuxruf" surəsi, 44) ayəsində bildirdiyi kimi, insanlar axirətdə Quranda yazılmış bütün hökmlərlə bağlı qüsursuz şəkildə mühakimə ediləcəklər.Quran özündə ehtiva etdiyi üstün hikməti ilə, keçmişdən və gələcəkdən verdiyi həqiqi məlumatlarla, qəfləti dağıdan, insanlardakı vərdiş pərdəsini qaldıran üslubu ilə bənzərsizdir.

 

 Quranın bu möcüzəvi təsiri onun vəhy edildiyi gündən qiyamətə kimi bütün insanlar üçün etibarlıdır.Dünyadakı hər bir insanın məsuliyyəti  onun Allah qarşısında olan qulluq vəzifəsini tam şəkildə yerinə yetirməkdir. Bu isə ancaq Allaha səmimi şəkildə iman gətirib Quranı və Peyğəmbərimizin (s) sünnəsini əldə rəhbər tutmaqla mümkündür. Hər bir insan bu məsuliyyətli vəzifəni yerinə yetirməli və qiyamətə kimi etibarlılığını qoruyacaq olan Qurana möhkəm sarılmalıdır. Allah "Həşr" surəsində Quranın nə qədər üstün bir Kitab olmasını və onu əldə rəhbər tutmağın böyük məsuliyyət olduğunu bu misalla bildirir:

 

"Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr" ("Həşr" surəsi, 21).

 

Geri