Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Merac möcüzəsi

Ərəb dilində "yuxarı çıxmaq, yüksəlmək" mənasını verən merac Peyğəmbərimizin (s) böyük möcüzələrindən biridir. Qurani-Kərimin "İsra" və "Nəcm" surələrində Peyğəmbərimizin (s) möcüzəvi şəkildə Məscidül əqsaya etdiyi gecə səyahəti və "Sidrətul müntəha"ya* yüksəlişi barədə xəbər verilmişdir.


"İsra" sözünün ərəb dilindəki lüğəti mənası "gecə səyahəti və ya gecə yürüşü"dür. Uca Allah Sevimli Peyğəmbərimizin (s) möcüzəvi səyahətini "İsra" surəsinin ilk ayəsində belə bildirmişdir:


"Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidül həramdan ətrafını mübarək etdiyimiz Məscidül əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da eşidəndir, görəndir!" ("İsra" surəsi, 1).


"Əqsa" sözünün ərəb dilindəki mənası "uzaq, ən uzaq"dır. Məlum olduğu kimi, Məscidül-həram Məkkədə, Məscidül-əqsa isə Qüdsdədir. Bu iki yer arasındakı məsafə isə təxminən 1235 km.-dir. Sözügedən möcüzə baş verəndə Peyğəmbərimiz (s) Məkkədə idi. Allah Rəsulu (s) bu möcüzə ilə Məkkədən Qüdsdəki Məscidül-əqsaya aparılıb. Böyük İslam alimi İbni Kəsir merac hadisəsi ilə bağlı səhabələrdən ən azı iyirmi beş nəfərin Peyğəmbərimizdən (s) rəvayət etdiyini, bu sayının hətta 45-ə qədər çıxa biləcəyini ifadə etmişdir. Bunlardan ən etibarlı sayılanları Ənəs ibn Malik, Əbu Hureyrə, Əbu Səid əl-Xudri, Malik ibn Sasaa, Əbu Zərr əl-Ğifari, Şəddad ibn Əvs, Abdullah ibn Abbas, Abdullah ibn Məsud və Ümmü Haninin rəvayətləridir.26 Hədislərdə verilən məlumatlara görə, Peyğəmbərimiz (s) əmisi qızı Ümmühan ibn Əbu Talibin evində yatarkən Cəbrail Peyğəmbərimizə (s) görünüb və onu "Buraq" adlı miniyə mindirərək Məscidül-əqsaya aparıb. Merac hadisəsi də burada baş verib. Hədislərdə Peyğəmbərimizin (s) merac əsnasında başqa peyğəmbərlərlə görüşdüyü, cənnəti və cəhənnəmi gördüyü rəvayət edilir və bir çox müfəssəl məlumatlar verilir.


İslam mənbələrində mövcud olan məlumatlara görə, merac möcüzəsi müşriklər və iman gətirməyənlər tərəfindən -ağıllarının azlığına görə- şübhə ilə qarşılanıb. İman gətirməyənlər Peyğəmbərimizin (s) düz danışdığına inanmayıb ona qarşı çıxdıqları üçün bu hadisənin düz olub-olmadığını araşdırmışdılar. Rəbbimiz inkarçıları və müşrikləri bu çirkin davranışlarına görə bir daha pis vəziyyətə salıb və lağ etdikləri şey öz əleyhlərinə çevrilib. Bu hadisə hədisdə belə bildirilmişdir:


Onlar Peyğəmbərimizdən (s): "Bizə Məscidül-əqsanın necə olduğunu danışa bilərsinizmi?" Çünki onlardan bəziləri həmin bölgəyə gedib Məscidül-əqsanı görmüşdü.
Rəsulullah (s) danışır:
"Məscid haqqında danışmağa başladım. Bəzi yerlərini qeyd edərkən şübhələndim. Bundan sonra Məscidül-əqsa gətirilərək Aqab ya da Ukeylin evinin qarşısına qoyuldu. Mən də ona baxaraq danışmağa başladım".
Rəsulullahın (s) sözlərindən sonra oradakılar belə dedilər:
"Allaha and olsun ki, Məscid haqqında düz danışdı".


Müslimdəki bir hədisdə isə Rəsulullah (s) belə buyurmuşdur: "Özümü Kəbənin şimal tərəfində (Hicrdə) gördüm. Qureyşlilər səyahətim haqqında soruşurdular. Beytul-Maqdis (Məscidül-əqsa) haqqında yadımda qalmayan bəzi məqamları soruşdular... Bundan sonra Allah-Təala Məscidül-əqsanı mənim üçün qaldırdı (gözümün qarşısına gətirdi). Məndən soruşulanlara ona baxaraq cavab verirdim".28
Məscidül-əqsanın olduğu bölgəyə əvvəlki həyatı boyunca heç vaxt getməyən Hz.Muhəmmədin (s) müşriklərin suallarına səhvsiz cavab verməsi Rəbbimizin böyük bir möcüzəsi və mərhəmətidir.
Bu möcüzə ilə iman gətirənlərin şövqü, həyəcanları və Peyğəmbərimizə (s) olan bağlılıqları daha da güclənmiş, iman gətirməyənlər və müşriklər isə öz inkarçılıqlarında ağılsız şəkildə İsrar etmişlər.


Hədis mənbələrində bildirilir ki, müşriklər Hz.Əbu Bəkirin yanına gələrək -merac hadisəsinə görə- Hz.Muhəmməd (s) haqqında əsassız böhtanlar uydururlar. Hz.Əbu Bəkir merac möcüzəsinə inanmayaraq hələ də Peyğəmbərimizə (s.ə.v) inanıb-inanmadığını soruşan müşriklərə: "O deyirsə, əlbəttə ki, düzdür" cavabını vermişdir. Bu hadisə qarşısındakı gözəl və sadiq davranışına görə Hz.Əbu Bəkir Peyğəmbərimiz (s) tərəfindən "Sıddıq" ləqəbi ilə şərəfləndirilmişdi. Hədislərdə müşriklərin Peyğəmbərimizdən (s) dəlil tələb etmələrindən sonra sevimli Peyğəmbərimizin (s) müşriklərə onlara inkar etmələri mümkün olmayan daha bir möcüzəvi dəlil təqdim etməsi belə bildirilmişdir:


Peyğəmbərimizə (s) dedilər ki, "Dediyinin dəlili nədir?"
Hz.Peyğəmbər (s) dedi ki, "Qureyşlilərin bir karvanına rast gəldim. O, filan yerdə idi. Karvan bizdən hürkdü və istiqamətini dəyişdirdi. Karvandakı dəvələrdən birinin üzərində qara və ağ çuval vardı, dəvə böyürüb yıxıldı".


Karvan gəlib çatanda nə baş verdiyini soruşdular. Onlar da Hz.Peyğəmbərin (s) danışdığı kimi xəbər verdilər.
Göründüyü kimi, Peyğəmbərimiz (s) həm heç vaxt görmədiyi Məscidül-əqsanı ətraflı şəkildə təsvir edərək, həm də yoldakı karvanların vəziyyətini xəbər verərək Rəbbimizin rəhməti olan böyük möcüzələr göstərmişdir.
Merac hadisəsi ilə bağlı Quranda verilən məlumatlardan biri də Peyğəmbərimizin (s) Sidrətül-müntəhaya yüksəldilməsidir. "Nəcm" surəsində bu möcüzə belə bildirilir:


"And olsun ki, başqa bir dəfə də görmüşdü; Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə yayındı, nə də uzağa getdi. And olsun ki, o, öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü" ("Nəcm" surəsi, 13-18).


Merac hadisəsi Uca Allahın sevimli Peyğəmbərimiz Hz.Muhəmmədə (s) nəsib etdiyi çox böyük bir möcüzəsidir. Rəbbimizin Peyğəmbərimizə (s) iman gətirməyənlər qarşısında verdiyi üstün bir dəlilidir. Rəbbimizin Peyğəmbərimiz Hz.Muhəmmədə (s) göstərdiyi möcüzələrin hər biri yalnız Allahın istəyilə, Allahın istədiyi şəkildə və vaxtda, hansısa səbəblərə bağlı olmadan yaradılmışdır. Bu möcüzələrin hər biri iman gətirənlərin imanını daha da gücləndirən çox böyük müjdələrdir.

Geri