Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s) heç kimin bilmədiyi hadisələri bilməsi

Allahın Quranda bildirdiyi möcüzə mahiyyətli bir hadisə də Peyğəmbərimizin (s) xanımlarından bəzilərinə söylədiyi bir sirr ilə bağlıdır. Peyğəmbərimiz (s) zövcələrindən bəzilərinə gizli bir söz demişdi. Lakin aralarından biri bu sirri saxlamayıb başqasına xəbər verəndə Allah onun bu hərəkətini Öz Rəsuluna (s) çatdırmışdı. Peyğəmbərimiz (s) sirr saxlamayan xanımına bunu bildiyini açıqlayanda xanımı ondan bunu kimdən öyrəndiyini soruşmuşdu. Peyğəmbərimiz (s) isə bunu ona Allahın xəbər verdiyini açıqlamışdı. Allah bu hadisəni Quranda belə bildirir:


"Bir zaman Peyğəmbər öz zövcələrindən bəzilərinə gizli bir söz demişdi. Xanımlarından biri bu sözü xəbər verdikdə və Allah bunu ona əyan etdikdə (Peyğəmbər) bunun bir qismini bildirmiş, bir qismini bildirməkdən isə vaz keçmişdi. Peyğəmbər əhvalatı xanımına bildirdikdə o: "Bunu sənə kim xəbər verdi?" - deyə soruşmuş, o da: "Bunu mənə hər şeyi bilən, hər şeydən agah olan Allah xəbər verdi!" - deyə cavab vermişdi" ("Təhrim" surəsi, 3).


Peyğəmbərimiz (s) Allahın ona bəxş etdiyi lütfü sayəsində elm sahibi olan bir insan idi. Allah ona kimsənin bilməsinin mümkün olmadığı xəbərləri bildirirdi. Xanımının səhvini ona bildirməsi də bu möcüzələrdən ancaq biridir. Digər tərəfdən, Allah bəzi Quran ayələrində də Peyğəmbərimizə (s) insanların gizli tərəfləri, fikirləri və əməlləri ilə bağlı onun bilməsinin mümkün olmadığı bir çox məlumatlar vermişdir. Bu məlumatlarla yanaşı, Peyğəmbərimizə (s) insanlarla necə davranacağını və onlara nələr deyəcəyini də bildirmişdir. Bu ayələrdən bəziləri belədir:


"Bu qəm-qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir mürgü göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının hayına qalaraq: "Bu işdə bizim üçün bir şey varmı?" - deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: "Əlbəttə, bütün işlər Allaha məxsusdur". Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: "Əgər bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik", - deyirlər. De: "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah sizin