Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s) bərəkət üçün etdiyi duaların qəbul olunması

Peyğəmbərimiz (s) səhabələrinin hər problemi ilə maraqlanıb, hər sıxıntılarında onlara kömək edib. Peyğəmbərimizin (s) duaları Allahın izni ilə bütün səhabələr üçün böyük şəfa və bərəkət vəsiləsi olub. Hədislərdə bu bərəkətlə bağlı çoxlu sayda misallar verilib. Rəvayət edilən hədislərdən bəziləri belədir:


Buxari və Müslim Ənəsdən (r.ə.) nəql edərək belə deyiblər: Peyğəmbərimiz (s) mənim haqqımda dua edərək belə buyurdu: "Allahım, onun malını və övladlarını çoxalt, ona ruzi kimi verdiklərini bərəkətli et".
Ənəs (r.a.) deyir ki, "Allaha and olsun ki, malım çoxdur. Çoxlu sayda da övladım oldu".


Buxari və Müslim Ənəsdən (r.ə.) nəql edərək belə qeyd ediblər:
Allah Rəsulu (s) Əbdürrəhman ibn Əvfa buyurdu: "Allah səni bərəkətli etsin!" Bunu İbni Səd və Beyhaqi də başqa mənbədən nəql edərək həmin sözlərə bunu da əlavə ediblər: "Əbdürrəhman dedi ki, "O qədər varlandım ki, hansı daşı qaldırsam, altından mütləq qızıl və ya gümüş tapacağımı bilirdim"".


Allah Rəsulu (s) Urvə əl-Barik üçün dua etmişdi. O, ticarətdə elə bir səviyyəyə gəldi ki, bir torpaq alsa, onda da qazanacağına inanırdı.
Əbu Ukayl babası Abdullah ibn Hişamla buğda almaq üçün bazara çıxanda və İbni-Zübeyr və İbni Ömərlə rastlaşanda belə deyərdilər:
"Gəl, bizimlə şərik ol! Çünki Allah Rəsulu (s) sənə bərəkətlə dua etdi". O da bundan sonra onları öz buğdasına şərik edərdi. Yenə də bərəkətinə görə dəvənin yükü azalmazdı. Evinə onunla qayıdardı.

Geri